TAPMACA /Ahməd MƏTƏR /Eyvaz TAHA
Açığını deyim, Əhməd Mətər kimi siyasi şairimiz az oldu, ən yaxşı halda ideoloji şerimiz oldu. Mətərin üslubuna bizdə yalnız Salam Sarvan bir az yaxınlaşdı, o da könüllücəsinə minarələrlə neft quyuları arasında şairliyini itirməyə çalışdı, söz oyunlarında məzmun və formanın bir yerdə qurban verilməsinə. Bir də ki, heç bir şeir tərcüməsi orıjinalın dadını vermir, Cəmil Meriç demişkən kəpənəyin bir ovuç toz olması kimi olur adamın əlində.