تبليغاتX
www.eyvaz.org - Bakıda konfrans keçirilib

Müqayisəli Ədəbiyyat: "Ədəbiyyatlarda və mədəniyyətlərdə stereotiplər"

Bu konfransda Eyvaz Taha da iştirak etmişdir.



Lidertv-nin verdiyi xəbərə görə Bakıda «Müqayisəli ədəbiyyat: ədəbiyyatlarda və mədəniyyətlərdə stereotiplər» mövzusunda üçüncü beynəlxalq konfrans keçirilib. Elmi tədbir Bakı Slavyan Universiteti və Müqayisəli Ədəbiyyatşünaslıq Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. 18 ölkədən 50-dən artıq tədqiqatçının qatıldığı konfransda məruzələr dinlənilib. Təhsil naziri Misir Mərdanov bildirib ki, bu cür tədbirlər Azərbaycan elminin dünya elm məkanı ilə inteqrasiyası baxımından əla fürsət yaradır. Konfras çərçivəsində tələbələr və magistrlər üçün ustad dərsləri və dəyirmi masalar da təşkil olunub.

Artırmalıyıq ki, Bakı Slavyan Universiteti və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası 21-22 noyabr 2008-ci il keçiridiyi Konfransın məqsədi Qərb və Şərq mütəxəssislərinin millət və mədəniyyət konsepsiyalarına fərqli və oxşar yanaşma prinsiplərini ortaya çıxarmaq, stereotiplərin səbəblərini araşdırmaq, konfrans mövzusuna empirik yanaşmadan nəzəri aspektləri əhatə edən problemləri müzakirə etmək idi.


Hər müzakirə kateqoriyalarında “lehinə” və “əleyhinə” qruplaşması nəzərdə tutulur.
Araşdırma üçün aşağıdakı suallar təklif olunmuşdu:
• Stereotiplər mədəniyyət və ədəbiyyatın məzmununa necə təsir edir?
• Sovet İttifaqı və Yuqoslaviya kimi imperiyaların dağılması mərhələsində stereotiplər necə dəyişdi,
• Millət məfhumunun məzmunu tarix boyu necə dəyişir? Bu kontekstdə, milli ədəbiyyat nədir? Biz “başqalarından nə ilə fərqlənirik? Mədəniyyət və ədəbiyyatlarda “öz” və “özgə” elementləri arasında sərhədlər necə müəyyən olunur?
• Milli mədəniyyət nədir? Milli mədəniyyət konturlarının meyarları varmı?
• Millətə münasibət: “daxildən” və “zahirdən”.

Bu konfrasda Eyvaz TAHA "Şeir, gələnək, kələm dolması və güc quruluşları" başlıqlı məruzə uxumuşdur. Konfransın açılış mərasimində çıxış etmiş E.Taha qapanış mərasimidən sonra press konfransa da qatılmışdır.
+ Tue 23 Dec 2008 |

 
www.eyvaz.org
BU İNTRNET DÜŞƏRGƏSİNDƏN GÖTÜRÜLMÜŞ YAZILARIN QAYNAĞI MÜTLƏQ GÖSTƏRİLMƏLİDİR
بو اینتئرنئت دوشرگه‌سی آذربایجانلی یازیچی ایواز طاهانین دوشونجه و اثرلرینی بیر نئچه اؤیرنجی طرفیندن یاییر
بونا یازیلی اذنیمیز اولسا دا، سایین یازیچی‌نین بوردا گئدن
ماتئریال‌لاری‌نین تئکنیکی چاتیشمامازلیق‌لارینا گؤره بیز مسئولیت داشییریق
لوگو، یازیچی‌نین رسمی سایتیندان آلینمیشدیر.
بو دوشرگه‌دن گؤتورولموش یازی‌لارین قایناغی مطلق گؤستریلمه‌لی‌دیر
yarpaqnews@gmail.com بیزیم ایمئیلیمیز
eyvaztaha@gmail.com یازیچی‌نین ایمئیلی
yarpaqnews@gmail.com یازیچی‌نین اثرلرینی بو ایمئیل واسیطه‌سی ایله الده ائتمک اولار
www.eyvaz.com یازیچی‌نین رسمی اینتئرنئت دوشرگه‌سی
Bir grup öyrəncilərə bağlı bu internet düşərgəsi Azərbaycanlı yazıçı və düşünər EYVAZ TAHAnın yazılarını yayır
Düşərgədə gedən yazılara görə sayın müəllifdən icazəli olsaq da bütün texiniki çatışmamazlıqların mısuliyyıti bizm üzərimizə düşür
Bu saytda Azərbaycan türkcəsində gedən materiallar Ərəb və Latın grafikaları ilə yazılır.